«Pop musiqisinin kralı» Maykl Ceksonun ölümünə güclü ağrıkəsici dərman - «Propofol» səbəb olub.
Mətbuat məhkəmənin gəldiyi nəticəyə əsasən yazır ki, Maykl Ceksonun qanında ölümcül səviyyədə dərman aşkar olunub.
Polis isə müğənninin şəxsi həkimi ilə bağlı araşdırmanı davam etdirir. O, müalicə zamanı ölümə səbəb olan ağrıkəsicidən istifadə etməkdə ittiham olunur.
Maykl Cekson iyunun 25-də 50 yaşında ürək tutmasından vəfat edib.
Maykl Ceksonla vida mərasimi iyulun 8-də Los Ancelesdə keçirilib. Staples Center stadionuna müğənninin minlərlə pərəstişkarı toplaşıb. Milyonlarla tamaşaçı isə vida mərasimini canlı olaraq izləyib.