BMT Əfqanıstanın cənubunda – Qəndəhardakı bomba hücumunu son bir ildə bu ölkəyə olunmuş ən dəhşətli hücum adlandırıb. Qəndəhara iki gün öncə bomba hücumu nəticəsində azı 43 nəfər ölüb, 60-dan çox adam xəsarət alıb. BMT-nin Təhlükəsizlik Şurası cinayətkarları həbs etməyə çağırıb. Bəyanatda o da deyilir ki, heç bir terror aktı Əfqanıstanda sülh, demokratika və bərpa işləri aparmağın qarşısını almağa müvəffəq olmayacaq.
BMT-nin baş katibi Ban Ki-Mun isə başqa bir bəyanatda bildirib ki, bu zorakılıqdan sarsılıb. BMT-nin Əfqanıstandakı xüsusi elçisi Kai Eide deyib ki, hücumçular sivil vətəndaşların həyatlarına məhəl qoymadıqlarını açıq-aydın göstəriblər.