Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi həbs olunan gənc fəallar Emin Milli və Adnan Hacızadə ilə bağlı bəyanat yayıb. Sənəd müəllifləri gənclərin məhkəməsi ərəfəsində öz narahatlıqlarını ölkə rəhbərliyinə çatdırırlar.
Bəyanatda deyilir ki, Adnan Hacızadə və Emin Milli yalnız hər bir insanın rəyi və hüquqlarına hörmətlə yanaşılan açıq və ədalətli cəmiyyətdə yaşamaq arzusuna görə cəzalandırılırlar.
Sənəddə ölkə rəhbərliyi gəncləri həbsdən azad etməyə çağırılır.
Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsində politoloqlar, hüquq müdafiəçiləri və müxtəlif sahələr üzrə ekspertlər birləşirlər.
Bu il iyunun 8-də gənc fəallar Emin Milli və Adnan Hacızadə «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar.
Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq və bədənə az ağır bədən xəsarəti yetirmə maddələrilə ittiham olunurlar. İrəli sürülən ittihamlar üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.