Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:03

«Türkiyə-Ermənistan danışıqlarında müzakirələr üçün 6 həftə seçilməsi təsadüf deyil»


Erkin Qədirli və Rasim Musabəyov
Erkin Qədirli və Rasim Musabəyov
«Türkiyə-Ermənistan danışıqlarında müzakirələr üçün 6 həftə seçilməsi təsadüf deyil».

Bunu «Panorama» verilişində həftənin hadisələrini dəyərləndirən politoloq Rasim Musabəyov deyib. Onun fikrincə, protokolda əks edilməsə də, Türkiyə Ermənistan sərhədlərinin açılması Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə paralel aparılır:

«Oktyabrın ortalarında Moldovada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Əgər orada müəyyən irəliləyişlər əldə edilərsə, bu, Türkiyə-Ermənistan münasibətlərinin normalaşmasına böyük təsir göstərəcək».

Hüquqşünas Erkin Qədirli isə düşünür ki, Ermənistanla danışıqlarda Türkiyə çox əlverişli vaxt seçib:

«Rusiya-Gürcüstan müharibəsindən sonra Ermənistanın Rusiya ilə quru əlaqələri kəsilib. Ermənistan iqtisadiyyatını inkişaf etdirmək üçün Türkiyə ilə münasibətlərini düzəltməyə məcburdur. Əslində, Qərbin də Türkiyəni Ermənistanla münasibətlərini yaxşılaşdırmağa sövq etməkdə məqsədi elə Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaqdır…».

«Panorama»da gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsinə də toxunulub. Erkin Qədirli deyib ki, məhkəmə məsələnin yalnız görünən tərəfidir:

«Əslində, bu, hüquqi yox, siyasi bir məsələdir. Qərarlar səhnə arxasında verilir. Proses bu məhkəmədə həll olunmur».

Rasim Musabəyov isə deyir ki, hakimiyyət nə gəncləri həbs etməklə, nə də onların həbs müddətini uzatmaqla istədiyinə nail olacaq:

«Bu gəncləri nəyə həbs etmişdilər. Bütün gənclərin gözlərini qorxutsunlar. Ancaq əksinə - həm ölkə daxilində, həm də ondan xaricdə gənclər Adnanla Eminin müdafiəsinə qalxıblar. Bu gənclər nə qədər çox həbsdə qalsalar bu, hakimiyyətin ziyanınadır. Çünki beynəlxalq aləmdə rüsvay olurlar. Ancaq gəncləri də buraxmaq istəmirlər. Çünki bu prosesi məhkəmə ilə öz xeyirlərinə başa vurmaq istəyirlər. Ancaq ombudsmanın da bu prosesə cəlb edilməsi göstərir ki, onlar gəncləri uzun-uzadı həbsdə saxlamaq niyyətində deyillər»...
XS
SM
MD
LG