2006-cı ildə Türkmənistanda prezident Niyazovun yerinə Berdimuhammedov gələndən sonra Türkmənabad şəhərində mərhum prezidentin heykəllərindən biri söküldü, keçən il mayın 3-də isə Aşqabadın mərkəzindən türkmənbaşının qızıl heykəlini şəhərin kənarına köçürmək haqda qərar qəbul edildi.
Türkmənbaşının adı dövlət himnindən çıxarıldı, Qadınlar bayramı türkmənbaşının anasının doğum günündən yenidən 8 marta keçirildi. Bütün bunlar Türkmənistanda da, ondan kənarda da bəzilərində ümid yaratdı ki, yeni türkmən prezidenti demokratiyaya doğru addımlar atacaq.
Amma bu günlərdə Türkmənistanın Axal vilayətində - təzə tikilən məktəblərin birinə prezidentin babası Berdımuhammed kişinin adını veriblər.
Məktəb prezidentin babasının doğulduğu Yzqant kəndində yerləşir. Üç mərtəbəlidir və qonşuluqdakı evlərin hamısından hündürdür. Türkmənistanın kəndlərindəki məktəblərin çoxundan fərqli olaraq Berdımuhammed Annayevin adını daşıyan məktəb müasir kompüterlərlə təchiz olunub. Məktəbdə hətta rayonun tarixinə aid muzey də yaradıblar.
PREZİDENTİN BABASI OLMAĞIN ÜSTÜNLÜYÜ
Müxtəlif təşkilat və idarələrə, eləcə də kəndlərə, şəhərlərə prezidentin və onun qohumlarının adının verilməsi Türkmənistanda yeni bir hadisə deyil.
Saparmurat Niyazov türkmənbaşı, yəni türkmənlərin lideri kimi tanınırdı və “türkmənbaşı” adını şəhərlərdən birinə vermişdi. Bundan başqa ilin aylarından biri onun, bir başqası isə anasının adını daşıyırdı.
Həmsöhbətim Azadlıq Radiosunun türkmən xidmətinin əməkdaşı Akmurat Qürgənlidir, o deyir ki, prezidentin babası adi bir adam olub.
“O, kənd müəllimi işləyib, sonra minlərlə türkmən kimi 2-ci Dünya Müharibəsinə gedib, orda yaralanıb, geri qayıdıb və müəllimliyini davam etdirib. Yəni bu adam tanınan, başqalarından seçilən bir şəxsiyyət olmayıb”.
Həmsöhbətim deyir ki, axır illərdə Türkmənistanda Niyazov şəxsiyyətinə pərəstişi Berdimuhammedov kultu əvəz edib..
“İdarə və təşkilatların binaları üzərindən Niyazovun portretlərini çıxarıb Berdimuhammedovun şəklini asırlar. Televizoru açırsan, elə hey “hörmətli prezident, hörmətli prezident” sözlərini eşidirsən. Yəni bu epitetsiz heç kəs onun adını çəkmir”.
Berdıməhəmmədov Niyazov kimi kitab yazmağa həvəslidir. Keçmiş diş həkimi olan prezident necə olubsa üç illik prezidentliyi dövründə üç kitab çap eləyə bilib.
ÜÇ İLƏ ÜÇ KİTAB
Türkmənbaşı tarixdən tutmuş ədəbiyyata, fəlsəfəyə qədər ən müxtəlif mövzularda xeyli sayda kitabın müəllifi idi. Onun ən məşhur əsəri olan “Ruhnamə” bütün təhsil müəssisələrində, o cümlədən sürücülük məktəblərində məcburi fənn kimi keçilirdi.
Azadlıq Radiosunun türkmən xidmətinin əməkdaşı Akmurat Qürgənli deyir ki, Niyazov yetim olub və onu Sovet Türkmənistanına rəhbər qoyanda həm də düşünüblər ki, bununla ölkədə geniş yayılan qohumbazlığa qarşı ciddi addım atmış olacaqlar. Amma o müstəqil Türkmənistanın prezidenti olandan sonra həyatda olmayan qohumlarını təbliğ etməyə başladı. Bu baxımdan Akmurat Qürgənli düşünür ki, Berdimuhammedov kultu və qohumlarının təbliği getdikcə daha da güclənə bilər.
“Bunun qohum-əqrəbası daha çoxdur. Özü də gəncdir, elə bir rejim qurulub ki, onun heç bir alternativi yoxdur. Güman edirəm ki, şəxsiyyətə pərəstişdə o, Niyazovu da keçə bilər”.