Dünya çempionatının qrup mərhələsində sentyabrın 9-da Azərbaycan millisini qəbul edəcək Almaniya komandası qapıçısını dəyişməyə məcbur olub. Qapıçı Robert Enkeni ehtiyat qolkiper Rene Adler əvəz edəcək. (Röyters)
Bu haqda sentyabrın 8-də komandanın baş məşqçisi Joachim Loew bildirib. Almaniyanın qapısını son üç qrup oyununda Enke qorumalı idi, amma bazar ertəsi o, baş məşqçiyə deyib ki, özünü yaxşı hiss etmir və tibbi müayinədən keçəcək.
“Enke infeksiyaya görə oyundan kənarda qalacaq. Rene Adler bizim Cənubi Afrika ilə qarşılaşmamız zamanı çox yaxşı oyun nümayiş etdirdi. Ona görə də Azərbaycanla da oyunda qapını ona həvalə edəcəyik. Sonrasına baxarıq”.
Keçən həftənin şənbə günü Cənubi Afrika ilə yoldaşlıq oyununda Adler bir neçə dəfə komandanı real qoldan xilas edib. Almaniya həmin qarşılaşmada 2-0 hesabı ilə qalib gəlib.
Adler əsas qapıçı olmaq üçün Enke, eləcə də Tim Wiese və Manuel Neuer ilə rəqabət aparır.
Almaniya komandasının zədəli hücumçusu Qomez isə Azərbaycanla oyuna tam hazır olacaq. Bunu Almaniya Futbol Federasiyasından bildiriblər. O, keçən həftənin bazar günü ayrıca məşq edib.
Almaniya üçün Azərbaycan üzərində qələbə çox vacibdir. Onlar qrupda birinci yer uğrunda Rusiya ilə rəqabət aparırlar. Azərbaycandan sonra almanlar həlledici görüşdə Moskvada ruslarla qarşılaşacaq, sonra isə finlandları qəbul edəcəklər.
Almaniya komandasının yarımmüdəfiəçisi Thomas Hitzlsperger bildirib ki, Azərbaycanla oyuna ciddi hazırlaşırlar. “Bu oyun bizim üçün həddindən artıq vacibdir. Biz üç xal qazanmalıyıq. Qazanmasaq, Rusiya haqqında danışmağın mənası yoxdur”.
Yarımmüdafiəçi Azərbaycan komandasına ciddi yanaşdıqlarını deyib: “Azərbaycan əvvəlki kimi zəif deyil. Biz oyuna ciddi köklənməliyik və erkən qolun qiyməti qızıla bərabər olacaq”.
Həmçinin bax
Azərbaycan komandasının almanlara oyuna hazırlıqları