Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:37

Həmid Kərzayi irəlidədir


Əfqanıstanda prezident seçkilərində Həmid Kərzayi irəliləməkdədir. Əfqanıstanın Müstəqil Seçki Komissiyasının məlumatına görə səslərin təxminən 92 faizi hesablanıb və Kərzayi 54,1 faizlə öndədir.

Əfqanıstanda prezident seçkiləri avqustun 20-də keçirilib. Kərzayinin rəqibi – seçkinin saxtalaşdırıldığını deyən Abdulla Abdulla isə 28,3 faiz səs toplayıb.

Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Ian Kelly bütün namizədləri, siyasi qurumları təmkinli olmağa çağırıb və bildirib ki, ABŞ seçkinin nəticələri tam açıqlanmayınca hansısa analiz aparmayacaq.
XS
SM
MD
LG