Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:18

Xəstəxanada baş vermiş yanğında azı 38 adam ölüb


Qazaxıstanda xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 38-ə çatıb.

40 nəfər xilas edilib.

Yanğın bu gün səhər Taldıkurqan şəhərindəki narkoloji dispanserdə baş verib.

İnterfaks agentliyi Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla 650 kvadrat metr ərazinin yandığını xəbər verir.

Faciəni araşdırmaq üçün xüsusi komisiya yaradılıb.
XS
SM
MD
LG