Sentyabrın 14-də ali məktəblərə qanunsuz yolla tələbə qəbul etdirməklə məşğul olduqlarına görə bir neçə ay məhkəmələri davam edən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar. Belə ki, məhkəmə həmin şəxslərə şərti cəza təyin edib.
Məhkəmənin hökmü ilə Ədalət Abbasov 7 il 6 ay, Emil İsgəndərov, Vilayət Əliyev və Azər Məmmədov, İsaməddin Daşdəmirov, Gülçöhrə Məmmədova və Səbinə Təhməzovaya 7 il şərti cəza verilib və həbsdən azad ediliblər.
Məhkəmənin hökmünə görə, Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham olunan bu şəxslər 2004-2007-ci illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ali məktəblərə tələbə qəbul etdiriblər.
Dəstə üzvləri Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən ifşa edilib.