Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:55

ABŞ rəsmisi İsrail-Fələstin liderləri ilə görüşür


ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Corc Mitçel sentyabrın 15-də İsrail- Fələstin liderləri ilə görüşür, sülh danışıqlarını bərpa etməyə çalışır.

Mitçel Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb və axşam Fələstin muxtariyyatının prezidenti Mahmud Abbasla da görüşəcək.

İsrail-Fələstin arasında danışıqlar İsrailin Qəzzada hərbi əməliyyatlar başlayandan sonra ötən ilin dekabrından dayandırılıb.

Danışıqların bərpası üçün ən böyük maneə İsrailin işğal olunmuş Qərb zolağı və şərqi Qüdsdə yaşayış məntəqələri salmasıdır.

ABŞ Israildən tikintini dayandırmağı tələb etsə də, İsrailin baş naziri Benyamin Netanyahu imtina edib. Fələstinlilər tikinti tam dayanmayacağı təqdirdə danışıqlardan boyun qaçırır.
XS
SM
MD
LG