Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:37

Qəzeti 400 min dollar cərimələyiblər


Qazaxıstanda çap olunan "Respublika" qəzeti 400 min dollarlıq cərimə cəzası ilə üzləşib.

Qəzeti BTA adlı bir bank məhkəmyə verib. İddiaya görə qəzetin çap etdiyi bir məlumatdan sonra vətəndaşlar bu bankda saxladıqları milyonlarla dollar depozitlərini geri götürüblər.

Qəzetin redaktoru Oksana Makuşina bu gün bildirib ki, bankın nümayəndələri cərimənin bir qisminin ödənməsi üçün qəzetin 23 min nüsxəsini müsadirə ediblər.

Qəzet hesab edir ki, bu iddia qəzetin bağlamaq istəyən hökumətin addımlarının tərkib hissəsidir.
XS
SM
MD
LG