«Bizim bir tamaşaçımız var, deyir ki, sizin teatrda tamaşaya baxanda mən çox qəribə hiss keçirirəm. Aktyor səhnədə qaçanda, onun küləyi mənə dəyəndə bu hissi keçirirəm. Necə ki, kinoya baxanda deyirsən ki, kaş mən o filmdə olaydım, oradakı mühiti hiss edəydim, bax elə bir şeydir. O tamaşaçı bizim teatrda aktyorun nəfəsini, ağrılarını, qaçanda onun nəfəsini hiss edir, onda qəribə hiss oyanır…»
TEATR BU GÜNÜNƏ DƏ ŞÜKÜR EDİR
Bunu Pantomima Teatrının direktoru və aktyoru Elman Rəfiyev deyir. Bu teatrın aktyorlarını tamaşaçıyla yaxınlaşdıran, bu qədər doğmalaşdıransa teatrdakı şəraitsizlikdir.
Bu teatr üç ilə yaxındır «Şəfəq» kinoteatrının qədim və çox təmirsiz binasında yerləşir. Bura köçəndə isə aktyorlar çox sevinibmişlər. Çünki bundan əvvəl öz yerləri-yurdları olmayıb. Gənc Tamaşaçılar Teatrına sığınıbmışlar:
«Burda tamaşalar oynaya bilirik. Yəni bizə heç kim demir ki, bu gün məşqi tez bitir, bu gün gec bitir, bu gün olmaz, sabah gəlmək olmaz. Bu binada bu şeylər yoxdur».
Ona görə Pantomima Teatrı bu gününə də şükür edir. Yeni teatr mövsümünü isə teatr sentyabrın 25-də «Pantomima buketi» tamaşasıyla açacaq.
«Tamaşaçılarımız 50-55 nəfər olur. Hətta elə olur ki, yer olmayanda biz bu pərdəni açırıq, pilləkənlərə adyal çəkirik, tamaşaçılarımız pilləkəndə oturur».
«ÜÇÜNCÜ ZƏNGDƏN SONRA TAMAŞA SALONUNA DAXİL OLMAQ QADAĞANDIR»
Bu elanı müdiriyyət kağıza yazıb zalın taxta qapısına yapışdırıb. Köhnə qapı aralanır. Kiçik səhnə və iki sıra köhnə stullardan ibarət tamaşaçı yeri. Aktyorlar «Maska» tamaşasını məşq edir:
Pantomima Teatrı səssiz tamaşalar oynadığından məşqi gedən tamaşanın aktyorları tamaşanın məğzindən danışırlar:
«Teatrda böyük məhəbbətdən söhbət gedir. Əxlaqsız qadına gənc oğlan vurulur. Dostları onun bu sevgisinə qadağa qoyurlar. Tamaşanın ideyası belədir ki, heç kim heç kimə qarışa bilməz. O özü bilər kimi sevər, uğurlu tamaşadır».
50 NƏFƏRİN ALQIŞI HARA, 400 NƏFƏRİNKİ HARA?
Bu tamaşanı teatr Tbilisidə oynayanda 400 nəfərlik zalda bütün zal ayağa qalxıb əl çaldı. Uğurlu alındı.
Bu kiçik zalda da onlara əl çalırlar. Ancaq 50 nəfərin alqışı hara, 400 nəfərinki hara? Pantomima Teatrında daha çox tamaşaçı qarşısına çıxmağı, binalarının tezliklə təmir olunmasını arzulayırlar.