Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:24

«Məhdudiyyətlərin götürülməsi avtoritarlaşmanın görüntüsüdür»


Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illiyi və «1 oktyabr-prokurorluq işçilərinin peşə bayramı günü» münasibətilə tədbir – 1 oktyabr 2008-ci il
Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illiyi və «1 oktyabr-prokurorluq işçilərinin peşə bayramı günü» münasibətilə tədbir – 1 oktyabr 2008-ci il
ƏBƏDİ PREZİDENT, ƏBƏDİ OMBUDSMAN, ƏDƏBİ PROKUROR

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk plenar iclası «Prokurorluq haqqında» qanuna dəyişikliklərin müzakirəsi ilə başlayacaq. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Qüdrət Həsənquliyev bildirir ki, sənəd parlamentə prezident İlham Əliyevin imzası ilə gəlib. Düzəlişlərdə Q.Həsənquliyevin də təklifləri nəzərə alınıb:

3 PROKUROR ÜÇÜN MƏHDUDİYYƏT NƏDƏN OLSUN?

- Söhbət baş prokurorun, hərbi prokurorun və Naxçıvan Muxtar Respublikası prokurorunun 2 dəfədən artıq təyin edilməsinə məhdudiyyətlərin götürülməsindən gedir. Məhdudiyyət məsələsi ombudsman institutu ilə bağlı gündəmə gələndə mən bildirmişdim ki, əgər ölkədə prezidentin, ombudsmanın seçilməsinə məhdudiyyətlər götürülürsə, ölkə prokurorunun təyininə də məhdudiyyət götürülməlidir. Prokuror vəzifəsi seçki ilə deyil, təyinatladır.
Qüdrət Həsənquliyev
Təyin edən hər hansı şəxsi eyni vəzifəyə neçə dəfə seçəcəyini özü müəyyən etməlidir.

Prezident Əbülfəz Elçibəyin dönəmində Bakı şəhər prokuroru olmuş Çingiz Qənizadə isə deyir ki, demokratik dövlətlərin praktikasında bu vəzifələrdə hər hansı şəxsin üzün müddət qalması təcrübəsi yoxdur:

VƏZİFƏNİN MÜDDƏTLİLİYİ SƏHLƏNKARLIQ YARADIR?

- Bu məsələ hüquqşünaslar arasında müzakirə ediləndə əsasən belə bir fikir səslənir ki, əgər bir şəxs vəzifəsinin konkret tarixdə bitəcəyini bildikdə səlahiyyət müddəti sona çatana yaxın işində nöqsanlara yol verir. Mənim fikrimcə də, sözügedən vəzifə sahiblərinin Azərbaycanda 2 və ya daha artıq müddətə təyinatında heç bir problem yoxdur. Çünki baş prokuror vəzifəsini kimin daşımasından asılı olmayaraq, ölkədəki ictimai proseslərin tənzimlənməsi daha yuxarıdan olmalıdır. Cəmiyyətdə ən əsası iqtidar-müxalifət münasibətləri, hökumətlə demokratik institutlar arasında münasibətlər tənzimlənməlidir. Bu məsələlərdə problem olmasa, hər hansı şəxsin
Ələsgər Məmmədli
2 yox, daha arıq müddətə eyni yüksək dövlət postunu tutmasında heç bir problem olmayacaq.

«BU, DEMOKRATİK PRİNSİPLƏRDƏN UZAQLAŞMAQ DEMƏKDİR»

Hüquqşünas Ələsgər Məmmədli isə dəyişiklikləri birbaşa antidemokratik adlandırır. Onun fikrincə, prezidentin, ombudsmanın, onun ardınca isə baş prokurorun səlahiyyət müddətləri ilə bağlı məhdudiyyətlərin götürülməsi ölkədə idarəçilik metodlarının bütünlüklə avtoritarlaşmasının görüntüsüdür:

- Bu, demokratik prinsiplərdən uzaqlaşmaq deməkdir. Vəzifələrdə məhdudiyyətlər ona görə qoyulur ki, insanların hesabatlılığı artsın. Vəzifəli şəxs özünü əbədi görməsin. Özünü müəyyən zaman içərisində hesabat verməyə borclu saymayan vəzifə sahibi qanunlara daha az məhəl qoyur.

MAAŞ RÜŞVƏTƏ QARŞI

«Prokurorluq haqqında» qanuna edilən digər dəyişikliklərə gəlincə, Qüdrət Həsənquliyevin sözlərinə görə, sənəddə prokurorluq orqanlarında çalışanların sosial müdafiəsinin gücləndirilməsi də nəzərdə tutulub. Qanunvericiliyə bu cür dəyişikliklər həm də rüşvətlə mübarizə tədbirləri kimi təqdim olunur.

Hüquqşünas Ələsgər Məmmədli isə düşünür ki, konkret sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi ilə ölkədə hökm sürən rüşvətin qarşısını almaq mümkün olmayacaq. Əgər ölkədə rüşvətlə səmimi mübarizə aparılmasını istəyən varsa, bunu ən yuxarıdan gələn göstərişlə çox qısa müddətdə çözmək mümkündür.
XS
SM
MD
LG