Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:59

Media nümayəndələri Mehmet Əli Şahinə yaxın düşə bilmədi...


Ankara və Yerevandan iki ölkə arasında münasibətlərin inkişafına yönələn addımlar intensivləşdikcə bu mövzu Azərbaycanın siyasi dairələrində daha çox müzakirə olunur. Ona görə də hər hansı səbəbdən Azərbaycana səfərə gələn Türkiyə rəsmilərinə də daha çox bu məsələ ilə bağlı suallar ünvanlanır.

Sentyabrın 28-də jurnalistlər üçün növbəti belə bir imkan yaransa da, ondan bəhrələnməyə demək olar ki, heç kim macal tapmadı.

SPİKERƏ YAXIN DÜŞMƏK MÜMKÜN OLMADI


Media nümayəndələri Türkdilli Dövlətlərin Parlament Assambleyasının toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinə ziyarət etdiyi yerlərdə - nə Fəxri Xiyabanda, nə də Şəhidlər Xiyabanında yaxın düşə bilmədilər. Parlamentdə keçirilən iclasa isə yalnız bəzi telekanalların operatorlarının buraxılması orada da bu imkanı heçə endirdi.

Sentyabrın 26-da isə Müsavat partiyasının məclisi növbəti toplantısını keçirərək Türkiyə ilə Ermənistan arasındakı danışıqlardan narahatlıq bildirən bəyanat yaydı.

Sənəddə deyilir ki, sərhədlərin açılmayacağı ilə bağlı Türkiyənin baş naziri və xarici işlər nazirinin öncəki bəyanatları dəfələrlə təkrarlanmasına baxmayaraq hadisələrin bu istiqamətdə inkişafı heç şübhəsiz
İsa Qəmbər
Azərbaycan cəmiyyətində, eyni zamanda Müsavat partiyasında yenidən narahatlığın baş qaldırmasına və artmasına səbəb olub.

RAZILAŞMA AZƏRBAYCANA TƏSİRSİZ ÖTÜŞMƏYƏCƏK

Türkiyənin Ermənistanla sərhədlərini açması və ticarət-iqtisadi münasibətlərini bərpa etməsi, eyni zamanda bunun üçün ABŞ və AB-nin səy və təzyiqlərini artırması nəinki regiona sülh gətirəcək, əksinə təcavüzkarın daha da sərtləşməsinə şərait yaradacaq. Türkiyənin Ermənistanla gözlənilən razılaşması Azərbaycanla da münasibətlərə təsirsiz ötüşməyəcək.

Müsavat başqanı İsa Qəmbər deyir ki, bu bəyanatın əsas məqsədi tərəflərin hər birinin öz məsuliyyətini dərk etməsinə hesablanıb. Çünki söhbət kifayət qədər həssas məsələdən gedir:

«Azərbaycan-Türkiyə münasibətləri Türkiyə-Ermənistan sərhədlərindən daha önəmli bir məsələdir. Türkiyə tərəfindən bu həssas məsələyə maksimum diqqətli yanaşmağa çağırış etdik. Azərbaycan hakimiyyətinə də bu məsələdən sui-istifadə etməməyə, məsələnin Türkiyə ilə birgə müzakirə olunaraq qəbul edilməsi zərurətinə diqqəti cəlb etdik. Yəni biz prinsipial mövqeyimizi bildirirdik. Bu həddindən artıq mühüm və tarixi bir məsələdir».

İsa Qəmbər əlavə edir ki, Türkiyənin bu prosesi davam etdirməsini Azərbaycan hakimiyyəti Moskvaya yaxınlaşmaq üçün yeni bəhanə kimi dəyərləndirə bilər. Bu məsələ də narahatlıq doğurur. Müsavat partiyası bu bəyanatla bütün tərəflərin məsuliyyətini və öz prinsipial mövqeyini ortaya qoyur.

BƏYANATLAR TƏKRARLANIR

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin Bakıya ayaq basan kimi artıq Türkiyə-Ermənistan sərhədləri barədə Rəcəb Tayyip Ərdoğanın məlum bəyanatını bir daha təkrar eləyib. Ona görə də səfər ərəfəsində bir daha bu məsələyə münasibət bildirməməsi faciə deyil. Çünki Azərbaycan üçün önəmli olan Türkiyə rəsmilərinin ortada olan mövqeyidir. Sadəcə hər dəfə Azərbaycan ictimaiyyəti bu mövqenin təkrarlanmasını istəyir ki, rahat olsun. Türkiyə tərəfi də fasilələrlə də olsa bunu edir.

Elxan Şahinoğlu
O ki, qaldı Müsavat partiyasının bəyanatına, bu normal münasibətdir:

«Əslində ara-sıra bu bəyanatlar olmalıdır ki, Türkiyədə də ictimai dairələr Azərbaycanın mövqeyini hər dəfə duysunlar. Aprel ayında bu məsələ qalxanda çox kəskin reaksiya bildirilmişdi. Türkiyədə də bu məsələ birmənalı qiymətləndirilməmişdi. Sonrakı dövrdə Türkiyə rəsmiləri Azərbaycanlı həmkarları ilə sıx təmasda oldular və bu dəfə elə sərt reaksiyalar olmadı. Çünki aydın idi ki, rəsmi Bakının danışıqlardan xəbəri var. Və faktiki Dağlıq Qarabağ probleminin həllinə paralel gedir bu proses».

PROTOKOLLAR İMZALANMALIDIR

Bu ilin avqust ayında rəsmən elan olunub ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılması və ikitərəfli əlaqələrin inkişafına dair iki protokol hazırlanıb.

Tərəflər arasındakı razılaşmaya əsasən oktyabrın 10-da bu protokollar imzalanmalıdır.

İkitərəfli əlaqələrin inkişafına dair protokol qüvvəyə minəndən 2 ay sonra isə Türkiyə ilə Ermənistan sərhədlərinin açılması nəzərdə tutulur. ABŞ və AB bu prosesi dəstəklədiklərini bəyan ediblər.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bu il may ayında Milli Məclisdə çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ işğaldan azad olunmayanadək Türkiyə-Ermənistan sərhədləri açılmayacaq.
XS
SM
MD
LG