Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:28

MAŞINI NECƏ PARK ETMƏLİ


Paris. Şəhərin mərkəzində maşın dayanacağı. Bir xanım öz avtomobilini iki maşının arasındakı boş yerdə saxlamaq istəyir. Onun birinci cəhdi uğursuz alınır. İdarə etdiyi maşın sağ tərəfdəki avtomobilin böyrünə çırpılır. Qadın maşını geri verib, bir qədər sola döndərir. İrəli sürəndə bu dəfə də sol tərəfdən maşın toqquşmasına xas olan səs eşidilir. Yenə arxaya sürüb maşının burnunu düzəltmək istəyir. Bu zaman yaxınlıqdakı polis zabiti qadına yaxınlaşır:

- Madam, Siz maşını səslə park edirsiz?..

Müxalifətin seçki iştirakının tarixinə baxsan, buna bənzər mənzərə görərsən. Sola verib seçkiləri BOYKOT edir, sonra sükanı sağa burub İŞTİRAK edir – amma səsləri sayanlar eyni havanı çalmaqda misli görünməyən məharət göstərirlər. Bax beləcə...



SARSILMAZ TİLSİM

Azərbaycan siyasətindəki qapalı dairə polad əsasa malikdir, bu tilsim qırılana oxşamır. İqtidar deyir, biz güclüyük, rəqibimiz yoxdu. Müxalifət deyir, bizi YAP-ın səriştəsi deyil, güc strukturlarının zopaları məğlub edir. Əhali də deyir ki, pərən-pərən olan müxalifətə nə dəstək? Amma xatırlasanız, müxalifət nə vaxtsa bir araya gəlib. Nə faydası? Sonu belə oldu.



MƏHƏBBƏTİN AĞRISI

İstər hakimiyyət, istərsə də onun rəqibləri xalqı sevdiyini, millət yolunda çalışdıqlarını deyirlər. Kim tərəfindənsə sevilmək, əlbəttə xoşdur, amma ağrılıdır...



PREZİDENTİN AVTOMOBİL KORTEJİ

Hakimiyyətin xalqa məhəbbətinin nəticəsini gördük, indi də baxaq xalqın hakimiyyətə sevgisi necə olur. Çeçenistan prezidenti Ramzan Kadırov dəfələrlə Qroznı şəhərini bəzəyən nəhəng portretlərlə bağlı suallara təxminən belə cavab verib: «Deyirəm, çıxarın o portretləri, sözümə qulaq asmırlar. Mən nə edə bilərəm, xalq məni sevir də...». Bu video xalqın çeçen prezidentinə olan qeyri-adi sevgisinin səbəblərindən birini göstərir.



AZƏRBAYCAN ÇEÇENİSTAN DEYİL

Portretlər olsa da, burada ölkə başçısına olan məhəbbəti belə ehtirasla ifadə etmirlər. Burada daha sivil yol seçirlər. Burada onun daxili və xarici siyasətini bəyənməklə kifayətlənirlər. Kifayətlənməyəndə isə dövlətin MÜVAFİQ orqanları adamları lazımi istiqamətə yönəldir...



Sonuncu və ondan əvvəlki videolardakı fərqlərdən birini biz göstərdik – göyə güllə atmırlar. Siz necə, daha 7 fərq tapa bilərsiz? Bizə yazın.
XS
SM
MD
LG