Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:56

Saxlanan gənclər cərimələnib buraxıldılar


Aksiyaçılar «Tağı Əhmədova istefa!», «Tarif Şurasına ar olsun!», «Qiymətlər endirilsin!» şüarları səsləndiriblər
Aksiyaçılar «Tağı Əhmədova istefa!», «Tarif Şurasına ar olsun!», «Qiymətlər endirilsin!» şüarları səsləndiriblər
Oktyabrın 5-də bir qrup gənc metroda gediş haqqının 3 dəfə qaldırılmasına etiraz olaraq aksiya keçirdilər. Günorta saat 1-də «Elmlər Akademiyası» stansiyasının qarşısında əllərində müxtəlif plakatlar tutan təqribən 20-30 gənc ordan Bakı Dövlət Universitetinə qədər yürüş etdilər:

Gənclər yürüş boyu Metropoliten İdarəsinin rəisini istefaya səsləməklə yanaşı «Tarif Şurasına ar olsun!», «Qiymətlər endirilsin!» kimi şüarlar da səsləndirdilər.

POLİSLƏR YÜRÜŞÜ KƏNARDAN SEYR ETDİLƏR

Yürüş iştirakçılarının yanınca bir neçə polis hərəkət etsə də, onlar aksiyaya hər hansı müdaxilə etmədilər. Gənclər Bakı Dövlət Universitetinin giriş qapısının önündə də şüarlarına ara vermədilər. Onlar bu dəfə universitetin qarşısındakı həmyaşıdlarına üz tutdular:

- Qoşulun bizə.

Gənclər etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00
Direct-ə keçid

Gənclər Bakı Dövlət Universitetinin qarşısında təqribən bir neçə dəqiqə şüarlar səsləndirdikdən sonra dağıldılar. Təşkilatçılardan «Qırmızı Gəncliyin Avanqardı» təşkilatının üzvü Rüfət Abbasov bildirdi ki, etiraz aksiyalarını bundan sonra da davam etdirmək niyyətindədirlər:

- Biz hökumətin sosial repressiya siyasətinə etirazımızı bildiririk. Minimum əməkhaqqının 70 manat olduğu ölkədə metroda gediş haqqı 15 qəpik ola bilməz. Tarif Şurasının bu qərarı əhaliyə qarşı cinayətdir.
Azərbaycan əhalisinin 90 faizi kasıblıq həddində yaşayır.

GƏNCLƏR 51 MANAT CƏRİMƏ OLUNDULAR

Ancaq sonradan bəlli oldu ki, üç gənc metronun «Elmlər Akademiyası» stansiyasının daxilində saxlanıblar. Gənclərdən ikisi aksiyanın davamı kimi turniketlərdən pulsuz keçməyə cəhd göstərdiyinə görə, birini isə onların şəkilini çəkərkən saxlayıblar.

Gənclər sonra da metronun «Nizami» stansiyasının qarşısına toplaşıb saxlanan yoldaşlarının sərbəst buraxılmasını gözlədilər. Həmin üç gənc Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendəki polis şöbəsinə gətirilmişdilər. Bir qədər sonra həmin gənclər 51 manat cərimə olunaraq sərbəst buraxıldılar.

AZƏRBAYCANDA SOLÇULUQ GÜCLƏNİR?

Bu aksiyada əsas diqqət çəkən məqamlardan biri orda əsasən solçu gənclərin fəallıq göstərmələri idi. Siyasətşünas Xəqani Hass deyir ki, Azərbaycanın ictimai-siyasi proseslərində çatışmayan cəhətlərdən biri də solçu təfəkkürüdür.
Xəqani Hass hesab edir ki, Azərbaycanda solçu təfəkkürdə təşkilatlanmış qruplar hələ ki, tam mənasında mövcud olmayıb. Bununla belə, onun fikrincə, bundan sonra solçuların fəallığı artacaq:

- Avtoritarizmə qarşı bundan sonra ciddi şəkildə solçu qruplar çıxış edəcək. Təqribən 2 il ərzində Azərbaycanda solçu hərəkəti geniş vüsət alacaq. Artıq Azərbaycanda bir tərəfin təktərəfli avtoritarizmi hökm sürür. Və buna sağ və liberal təfəkkürdən etiraz mümkün deyil. Çünki bu etirazlar sistem daxili, icazəli etirazlardır.

Ancaq Azərbaycanda solçuluğun sürətlə vüsət alacağına şübhə ilə yanaşanlar da var. Onların fikrincə, Azərbaycanda iri fabrik və zavodlar fəaliyyət göstərmədiyindən solçuluğun geniş vüsət alması mümkün deyil. Belə düşünənlərdən «Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu hesab edir ki, Azərbaycan polisi daha çox əmrlə işlədiyindən görünür, bu aksiyanın dağıdılması tapşırığı almadıqlarından seyrçi mövqe tutmağa üstünlük veriblər.
XS
SM
MD
LG