Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:21

Polşa prezidenti AB-nin Lissabon sazişini həftəsonu imzalaya bilər


Polşa prezidenti Avropa Birliyinin Lİssabon Sazişini bu həftə sonu – bazaar günü imzalaya bilər. Prezident Lex Kaçinskinin yardımçısı bu haqda məlumat verib.
Ancaq az öncə prezidentin qardaşı Yaroslav Kaçinski bildirib ki, yardımçının dediklərinə inanmır.

Kaçinski bu sənədi imzalayarsa geriyə- sənədi imzalamayaan 27 Birlik ölkəsindən ancaq Çexiya qalacaq.

Çexiya parlamenti həmin sənədi qəbul eləsə də, president Vaslav Klaus hələ ki onu imzalamayıb və Konstitusiya məhkəməsinə rəy üçün göndərib.

Lissabon Sazişi Avropa Birliyi ölkələrinin vahid xarici siyasət qurumu və icra strukturlarının yaradılmasını nəzərdə tutur, Klaus isə bu sənədi suverenliyin məhdudlaşdırılması kimi gördüyündən sazişə qarşı çıxır.

Daha öncə sazişin əleyhinə referendumla səs verən İrlandlar ötən cümə günü keçirilən təkrar səsvermədən sonra anlaşmanı qəbul etmişdilər.
XS
SM
MD
LG