Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:31

Bağlı qapılar, artan iməciliklər


Meydan Babayev
Meydan Babayev
23 dekabr bələdiyyə seçkilərinə hazırlıq Naxçıvanda da başlayıb. Amma müxalifət partiyaları artıq seçkiyə hazırlıq prosesinə müdaxilələr olduğunu deyirlər. AXCP, Musavat, Ümid partiyalarının Muxtar Respublika təşkilatlarının Naxçıvan şəhəri, Nizami küçəsi 41 ünvanında yerləşdiyi binaya girişi məhdudlaşdırılıb.

BAĞLI QAPIRLAR

Ümid Partiyasının Naxçıvan təşkilatının rəhbəri Faiq Əliyev deyir ki, artıq bir neçə gündür binanın giriş qapısı bazar günləri bağlanır. Bu da partiya toplantılarının keçirilməsinə maneçilik yaradır. Eyni binada yerləşən Müsavat Partiyası təşkilatının sədri Meydan Babayev isə bildirir ki, partiya üzvləri ayrı-ayrı idarə və müəssisələrdə çalışdıqlarından toplantılar əsasən bazar günləri keçirilir. Həmim gün də qapının bağlı olması onlar üçün böyük problemlər yaradır. Meydan Babayev bunu hakimiyyətin seçkiyə müdaxiləsi kimi qiymətləndirir:

- Qərargahımız iki mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Həmin mərtəbədə AXCP və Ümid Partiyası yerləşir. Binanın birinci mərtəbəsində özəl mətbəə yerləşir, oranın da Naxçıvan şəhər Bələdiyyəsinin sədridir. Dəfələrlə məsələ ilə bağlı ona müraciət etsək də, nəticəsi olmayıb. Bizim üzvlərimizin əksəriyyəti müxtəlif təşkilatlarda çalışdıqlarından həftənin bazar günləri boş vaxtları olur. Bazar günləri də qapı bağlı olduğundan toplaşıb seçkilə hazırlıqla bağlı fəaliyyət göstərə bilmirik. Bu, bələdiyyə seçkilərinə yaradılan maneələrdir. Fəaliyyətimiz məhdudlaşdırılır.

Müsavatın qərargahı
Naxçıvan şəhər Bələdiyyəsindən məsələ ilə bağlı suallarımıza cavab vermək istəmədilər. Partiyalarla qonşuluq edən özəl mətbəənin isə qapıları elə iş günündə də bağlı idi.

SEÇKİYƏ START VERİLƏNDƏN SONRA İMƏCİLİKLƏR ARTIB

Amma bazar günü bağlı olan qapılar müxalifətçilərin yeganə giley mənbəyi deyil.

Meydan Babayevin sözlərinə görə, seçki ərəfəsində bölgədəki müxalifət partiyalarına yaradılan daha bir problem iməciliklərdir. Partiya funksioneri deyir ki, Muxtar Respublikada həftənin şənbə günləri də daxil olmaqla bəzi iş günlərində bütün idarə və təşkilat işçilərinin məcburi iməciliklərə çıxarılması artıq adət halını alıb. Seçkiyə start veridiyi gündən iməciliklər bazar günlərində də keçirilir. Bu da üzvlərin istirahət günlərində belə, partiyadakı fəaliyyətlərini məhdudlaşdırır:

- Əvvəllər ənənəvi olaraq həftənin şənbə günləri iməcilik olurdusa, seçkiyə start verildikdən sonra işçiləri artıq bazar günləri də iməciliyə çıxarırlar. Beş gün işdə olanlar şənbə-bazar günləri də iməciliyə çıxanda faktiki partiya yığıncaqlarında iştiraklarında məhdudiyyətlər yaranır.

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri üçün Muxtar Respublikada 7dairə 316 seçki məntəqəsi yaradılıb. 238 min 598 seçici 171 bələdiyyə üzrə 1437 bələdiyyə üzvü seçəcək. Müxalifət partiyaları hələ namizəd siyahılarını müəyyənləşdirmə prosesindədirlər.
XS
SM
MD
LG