Bu günlərdə agentliklərdən birində maraqlı bir xəbərə rast gəldim. Sən demə, Rusiya prezidenti Dmitri Medvedev də bloqçu imiş. Yəni bəzilərini düşündüyü kimi, bloq yazmaq «işsiz-gücsüz» insanların işi deyil. Medvedev isə bloq yazmağa o qədər aludə olub, postlarına gələn şərhlərdən o qədər məmnun qalıb ki, qubernatorlarına da bloq yazmağı tövsiyə edib. Rusiya prezidenti vətəndaşları da məmurların bloqlarına öz şikayətlərini yazmağa çağırıb.
Azərbaycanda isə 2 bloqçu həbs olunub...
Azərbaycan prezidentinin adını daşıyan bloqda isə (http://prezidentimiz.azeriblog.com) son post 2009-cu ilin mayın 14-də göndərilib...
EMİN MİLLİNİN AD GÜNÜ DÜNYANIN AZI 7 ÖLKƏSİNDƏ QEYD OLUNDU
Hazırda məhkəmələri davam edən gənc bloqçulardan Emin Millinin bu günlərdə 30 yaşının tamamlanması bir neçə bloqçunun diqqətindən yayınmayıb. Simpaty4devil kimi (http://sympathy4thedevil.wordpress.com/), uçan xalçalar və qırıq xətlər diyarından yazan bloqçu (http://flyingcarpetsandbrokenpipelines.blogspot.com/) da Eminin ad gününün azı 7 ölkədə və onlarla digər şəhərdə qeyd olunduğunu yazır. Buna görə də bloqçular Eminin artıq «Milli» yox «Beynəlmiləl»ə çevrildiyini etiraf edirlər.
RƏSMİ BAKININ QICIĞININ SƏBƏBİ
Adətən iqtisadi məsələlərlə bağlı yazan Natiq Cəfərli http://natiqceferli.blog.ru/80668227.html bu dəfə siyasi məsələni sınaqdan keçirib. Sual edib ki, Türkiyə ilə Ermənistan arasında imzalanan protokolla bağlı hökuməti daha çox qıcıqlandıran nədir?
N.Cəfərli yazır ki, aydındır hökumət nədən qorxur:
«Sərhədlərin açılması əsas deyil, əsas qorxu odur ki, qərar vermək zamanı yetişib. Yəni Qərb, Türkiyənin əli ilə və digər protokolların köməyi ilə proseslərin inkişafına təkan verib, daha çox isə regionda dəyişikliklərin sürətini artırıb. İndi hadisələri donmuş şəkildə saxlamaq olmaz, hökumətin istədiyi kimi status-kvo saxlamaq mümkün deyil. Regionda, xüsusilə də Qarabağ məsələsində istənilən hərəkət hökumət üçün gözlənilməzlikləri gizlədir...
Qərbə Qarabağ maraqlı deyil, ya da maraqlı deyil ki, bu torpaqlar kimin nəzarəti altında qalacaq. Qərbin «baxışında» bizim ölkələr Avropa Birliyində və NATO-da olmalıdır, onda sərhəd məsələsi də formal olacaq. Onlar fikirləşir ki, ermənilər 7 rayonu güzəştə gedir, azərbaycanlılar isə Qarabağı. Vəssalam. İndi söhbət yalnız bu razılaşmanın həyata keçirilməsi müddətindən gedir. Bizimkilər təkid edir ki, bu, 10 ildən sonra baş versin; ermənilər isə qoşunların çıxarılması ilə eyni vaxtda Qarabağın statusunun paralel həll edilməsini...»
PLAN VERMƏLİYƏM. İŞİMƏ QARIŞMAYIN
Varlığını yenicə kəşf etdiyim və öz gündəliyini («göz dəyməsin») tez-tez yeniləyən Journal EAST (http://journaleast.wordpress.com/) müşahidələrini, gördüklərini, eşitdiklərini, bildiklərini sağ olsun bölüşməyi unutmur. Onun son postlarından biri də hər gün rastlaşdığımız mənzərə barədədir:
«Son vaxtlar avtobuslarda sürücülərdən eşitməyə adət elədiyim söz «Mən plan verməliyəm. Mənim işimə qarışmayın» olub. Avtobus ağzına kimi doludur. Sürücü yenə də, harda gəldi saxlayır (baxmayaraq ki, aynaya «Dayanacaqdan kənarda saxlamaq olmaz» yazılıb), müştəriləri bir-birinin belinə mindirir... Sürücüdə maşallah qazla əyləcdən başqa heç nə bilmir sanki. Növbəti dəfə sürücü saxlayanda, kimsə dözmür şikayətlənir. Sürücü də açır ağzını «A kişi, mənim nəyimə lazımdır necə gedirsən. Mən plan verməliyəm. Mənim işimə qarışmayın». Hirslə də qazı basır, avtobus tərpənir. Camaat bir-birinə sürtüşür, çoxu narazıdır. Amma xoşbəxt olan da var. Qabağındakı qadın və ya qızdır axı...
Yəni plan bu qədər yüksəkdir? Səbəb nədir? Vergi? Yuxarıdan tələb olunan hörmətlər? Sahibkar acgözlüyü? Çox güman ki, hər üçü. Hamı narazıdır. Amma haqqım var deyim ki, biz buna layiqik. Nə vaxt narazılıq elədik? Söhbət daş-dəmir götürüb kimlərinsə üstünə hücum çəkməkdən getmir. Nə vaxt imza topladıq. Bələdiyyəyə, icra hakimiyyətinə, deputatlara, nazirliyə müraciət elədik? Avtobus sürücüləri birlik qurublarmı? Plan qane eləmirsə, biz bu şərtlə işləmirik deyə etiraz edirlərmi?
Deməli, özümüz başımıza gələnlərə boyun əyirik...»
TBİLİSİDƏKİ YEGANƏ AZƏRBAYCAN TEATRI
Sağ olsun Şərqqızı! (serqqizi.wordpress.com) öz bloqunda çoxdandır unudulmuş məsələni yenidən qaldırıb. Tbilisidə Azərbaycan Dram Teatrı 5 ildir ki, səhnəsində böyük tamaşalara həsrət qalıb. Bir əsrdən çox yaşı olan teatrda təmir işləri bitmir ki, bitmir.
Şəhər rəsmiləri binanın fasadında təmir işləri aparsa da, daxildə vəziyyət olduğu kimi qalmaqdadır.