Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:14

Əfqanıstan Seçki Şikayətləri Komissiyasının hesabatını gözləyir


Bu günün sonunda BMT-nin dəstəklədiyi Seçki Şikayətləri Komissiyası Əfqanıstanda prezident seçkilərində pozuntular haqda hesabatını elan etməlidir.
Bu hesabat müəyyən edəcək ki, Əfqanıstan yeni prezidenti elan edə bilər yoxsa yeni seçki keçirilməlidir.
Əfqanıstanda seçkilərin ilkin nəticələrinə görə, indiki prezident Həmid Kərzai 55 faiz səs yığıb. Onun rəqibi keçmiş xarici işlər naziri Abdulla Abdullanın 28 faiz səsi var.
Seçki Şikayətləri Komissiyası kifayət qədər səsi saxta hesab etsə, Kərzainin yığdığı səslər 50 faizdən aşağı düşə bilər, bu da yeni seçki deməkdir.
XS
SM
MD
LG