«2009-cu il oktyabrın 1-nə olan hesabata görə, Azərbaycan Neft Fondunda 13,3 milyard dollar vəsait toplanıb. İlin sonuna qədər vəsaitin 14,5 milyard dollara çatacağı proqnozlaşdırılır».
Bu sözləri mediaya Dövlət Neft Fondunun (DNF) rəhbəri Şahmar Mövsümov deyir.
İlin ilk 9 ayının yekunlarına görə, Azərbaycan neftinin dünya bazarında orta satış qiyməti 54 dollar olub. Dünya bazarında neft orta hesabla 70 dollara satılsa da, ilk rübdəki aşağı qiymətlər belə bir nəticə yaradıb.
Şahmar Mövsümov onu da bildirib ki, Fondun aktivlərinin 63 faizi Avropa, digər hissəsi isə ABŞ və beynəlxalq maliyyə institutlarında saxlanır. Vəsaitin 56 faizi ABŞ dolları, 39 faizi avro, 4,5 faizi Britaniya funt-sterlinqidir.