Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:01

Azərbaycan Qafqazda sonuncu yerdə


BMT keçən il Azərbaycanda hər yüz adamdan 68-nin, Ermənistandan isə hər 100 nəfərdən 86-nın mobil telefonunun olduğunun bildirir.

Beynəlxalq maliyyə böhranından daha çevik yayınan sahə informasiya texnologiyalarıdır. Mobil telefon rabitəsi sahəsində xüsusilə ciddi inkişaf görünür.

Bu qənaətə BMT-nin ticarət və inkişaf konfransı (UNCTAD) gəlib. Təşkilatın oktyabrın 22-də yayılan hesabatında deyilir ki, 2008-ci ildə dünya üzrə 4 milyard mobil telefon abunəçisi olub. 2007-ci ilə baxanda mobil rabitədə 20 faiz inkişaf qeydə alınıb.

İnkişaf sürəti Azərbaycanda 55%, Gürcüstanda - 70%,
Ermənistanda - 83%olub...


Təşkilatın həmin hesabatı hazırlayan kordinatoru Torbjorn Fredriksson bildirir ki, mobil rabitənin inkişafı xüsusilə də inkişaf etməkdə olan və keçid iqtisadiyyatına sahib dövlətlərdə qedy alınıb:

“2003-2008-ci illərdə mobil rabitənin yayılması sahəsində ən irəlidə gedən ölkələrin siyahısında ilk 20 yeri keçid iqtisadiyyatına sahib ölkələr tutublar. Biz həmin ölkələri keçmiş sovet respublikaları adlandırırıq. Bu sahədə Avropa Birliyinə yeni üzv olan ölkələrdə də sürətli inkişaf müşahidə edilir”

Torbjorn Fredriksson deyir ki, mobil rabitədə regionun ən sürətli inkişaf edən ölkəsi Çernoqoriyadır. Bu ölkədə hər 100 adama 230 mobil telefon düşür. Son beş ildə Çernoqoriyada mobil rabitə sahəsində 160 faiz inkişaf olub.

Bu müddətdə ən zəif inkişaf isə Türkmənistanda görünüb. Bu ölkədə axırıncı beş ildə mobil rabitədə cəmi 21 faiz inkişaf olub.

BMT-nin bu qurumu Qafqazda mobil rabitə sahəsində ən zəif inkişafın Azərbaycanda olduğunu bildirir. Təşkilatın hesabatına görə Azərbaycanda son beş ildə bu sahədə inkişaf 55 faiz olub. Amma inkişaf Gürcüstanda 70, Ermənistanda isə Qafqazda ən yuxarı – 83 faiz olub.

BMT-nin bu məlumatını Azərbaycanın Rabitə və İnformasiya Nazirliyində təəccüblə qarşıladılar. Nazirlikdə bu sahəyə cavabdeh qurumlar hesabatı tam oxumadan onu şərh edə bilməyəcəklərini dedilər.


Bakıda müstəqil ekspertlər də Azərbaycanda mobil rabitənin inkişafının Qafqazda ən geridə olması barədə fikirləri ağlabatan hesab etmədiklərini deyirlər.

"Mulimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirdi ki, indi Azərbaycanda problem mobil telefonların geniş yayılmasında yox, danışıq haqqının bahalığında və ən son texnologiyaların tətbiqi sahəsindədir:

“Hətta, prezident tapşırandan sonra da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil rabitə operatorlarına 3G texnologiyalarının tətbiqinə lisenziya verilməsini ləngidir”

Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə təşkilatının ünvanına iradlarla razılaşmadı. Müşfiq Əmirov Azərbaycanda mobil telefon operatorlarından heç birinin yüksək sürətli mobil rabitəyə imkan verən 3G texnologiyasının tətbiqinə lisenziya verilməsi üçün Nazirliyə müraciət etmədiyini bildirir:

"3G lisenziyası verilməsinə heç bir problem yoxdur. Sadəcə bizə indiyə qədər heç kim müraciət etməyib".

Azərbaycanın mobil rabitə bazarında olan üç operatordan da 3G lisenziyası üçün niyə müraciət etmədiklərinə aydınlıq gətirən olmadı. Onların bəzilərinin əməkdaşları adlarını çəkməmək xahişi ilə Nazirlikdə vəziyyətin heç də deyilən kimi asan olmadığını bildirdilər.

Azərbaycanda mobil telefon abunəçilərinin sayı barədə də Rabitə və İnformasiya Nazirliyi ilə BMT-nin ticarət və inkişaf konfransının göstərdiyi rəqəmlər arasında fərq var.

Nazirliyin rəsmi məlumatına görə 2008-ci ildə Azərbaycanda hər 100 adamdan 75-nin mobil telefonu var. Amma BMT bu gün yayılan hesabatənda 2008-

ci ildə Azərbaycanda hər 100 adamdan 68-nin, Ermənistanda isə 86-nın mobil telefonunun olduğunu yazır.

XS
SM
MD
LG