Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:14

«Demokratik rejimlər müdafiəsiz rejimlər deyil»


İraq sərhəddindən Türkiyəyə girən PKK terror təşkilatının bəzi üzvlərinin qarşılanma mərasimləri ölkədə sərt reaksiyalara səbəb olub
İraq sərhəddindən Türkiyəyə girən PKK terror təşkilatının bəzi üzvlərinin qarşılanma mərasimləri ölkədə sərt reaksiyalara səbəb olub
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 19-da Şimali İraqdan ölkəyə qayıdan PKK terror təşkilatının 34 üzvünün qarşılanma mərasiminin qəbul edilməz olduğunu açıqlayıb.

Baş Qərargahın baş katibi, general-leytenant Ferit Güler keçiridiyi mətbuat konfransında məsələ ilə bağlı belə deyib:

- 19 oktyabrda və ondan sonra yaşananların heç bir şəkildə qəbul edilməsi mümkün deyil. Ölkəni savaş atmosferinə çəkə biləcək davranışlardan qaçmaq lazımdır. Demokratik rejimlər müdafiəsiz rejimlər deyil. Proseslər əzm və qərarlılığımıza təsir göstərə bilməz.

General-leytenant Güler, dağdan qayıdan PKK üzvlərinin hərbi xidmətlə bağlı vəziyyətlərinin Milli Müdafiə Nazirliyi tərəfindən araşdırıldığını da sözlərinə əlavə edib.

19 oktyabrda İraq sərhəddindən Türkiyəyə girən PKK terror təşkilatının bəzi üzvlərinin qarşılanma mərasimləri ölkədə sərt reaksiyalara səbəb olub. Kürd təmayüllü Demokratik Toplum Partiyasına xəbərdarlıq edən baş nazir Ərdoğan bu cür mərasimlərin davam etməsi halında «demokratik açılımları» dayandıra biləcəklərini deyib.

Müxalifətdəki Cümhuriyyət Xalq Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası isə hökumətin bu qarşılama mərasimlərinə müdaxilə etməməsini «PKK terror təşkilatının leqallaşdırılması» kimi xarakterizə ediblər.
XS
SM
MD
LG