Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:05

ABŞ Kabildə baş verən hücumu pisləyib


ABŞ və BMT Kabildə BMT-in qonaq evində baş verən hücumun onları saxlamayacağını deyiblər.

Hücum zamanı 11 nəfər ölüb, onların arasında 5 BMT əməkdaşı da var.

Hadisəyə görə məsuliyyəti Taliban üzərinə götürüb. Taliban noyabrın 7-də Əfqanıstanda keçiriləcək prezident seçkilərinin 2-ci turuna mane olmağa çalışır.

Ağ Ev isə bildirib ki, yaraqlılar «məqsədinə çatmayacaq».

BMT baş katibi Ban Ki Mun da hücumu pisləyərək, onu «mənfur və amansız» adlandırıb.
XS
SM
MD
LG