Fələstin muxtariyyəti Azərbaycanda səfirlik açacaq. Azərbaycanda rəsmi səfərdə olan fələstinli həmkarı Riyad əl-Malki ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov belə deyib. Azərbaycan indiyə qədər Fələstinlə muxtariyyətin Daşkənddə olan səfirliyi vasitəsilə əlaqə saxlayıb.
E.Məmmədyarov deyib ki, görüş zamanı Yaxın Şərq, Dağlıq Qarabağ problemlərinə dair fikir mübadiləsi aparılıb. O, Fələstinlə bağlı mövqeyin birmənalı olduğunu, Azərbaycanın müstəqil Fələstin dövlətinin yaranmasını dəstəklədiyini vurğulayıb.
Riyad əl-Maliki Fələstin xalqının müstəqillik uğrunda mübarizəsində daim Fələstini dəstəklədiyi üçün Azərbaycan dövlətinə minnətdarlıq ifadə edib. O, siyasi məsələlərdə tərəflərin mövqeyinin üst-üstə düşməsini qeyd edib.
«Biz öz ərazilərimizin işğalı kimi eyni problemlə üzləşmişik» - deyə fələstinli nazir qeyd edib. O, həmçinin Fələstin tərəfin Azərbaycanla iqtisadi və təhsil sahəsində əməkdaşlığa maraqlı olduğunu qeyd edib.
Riyad əl-Malikinin səfəri sabah başa çatır, bu gün o, Milli Məclisdə də görüşlər keçirməlidir.