Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:18

«Protokolların imzalanması ermənilərə avansdır»


«Bütün dünya Ermənistanın vəziyyətini yaxşılaşdırmağa çalışır, əvəzində bu ölkə öz mövqeyini daha da sərtləşdirir, az qala demək istəyir ki, işğalını davam etdirəcəyəm». Prezident Administrasiyasının Beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədovun «APA»ya müsahibəsində belə deyib.

Şöbə müdiri əlavə edib ki, bu qəbuledilməzdir, «ona görə də biz deyirik ki, qoy bütün dünya, bütün beynəlxalq təşkilatlar bilsinlər - əgər Cənub Qafqazda sabitlik, təhlükəsizliyin bərpa olunmasını istəyiriksə, bu zaman birinci növbədə ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir».

N. Məmmədov deyib ki, Ermənistanla Türkiyə arasında gedən danışıqlar, sərhədlərin açılması ilə bağlı protokolların imzalanması da müəyyən narahatçılıqlar doğurur. O, bu addımı da ermənilərə edilən bir avans kimi qəbul edir.

«Artıq Türkiyə də bu addımlarını atıb, amma əvəzində yəqin ki, Türkiyə də Ermənistanda ən azı bir addım atmağı tələb edəcək. Əsas məsələ budur, söhbət bundan gedir. Lakin təəssüf olsun ki, hələlik bütün bu müstəvidə Ermənistana konkret təzyiq göstərən bir mərkəz, dövlət, təşkilat yoxdur. Ona görə də Ermənistan rəhbərləri bu cür addımlarla münaqişənin həllinə maneçilik törədirlər. Amma onlar çox böyük səhv edirlər və bu səhvi davam etdirsələr, bir gün həmin səhvlərin hansı nəticəyə gətirib çıxaracağını onlar olmasa da, övladları, nəvələri görəcəklər».
XS
SM
MD
LG