Yeni Azərbaycan Partiyası (YAP) imzatoplama kampaniyasını başa çatdırıb. Bu barədə YAP-ın rəsmi internet səhifəsində qeyd olunub. Dekabr ayında bələdiyyə seçkiləri ilə əlaqədar partiyanın irəli sürdüyü namizədlərin imza vərəqələri qeydiyyata alınmaq üçün dairə seçki komissiyalarına təqdim edilib. İmza vərəqələrini təqdim edən namizədlərdən bu günə qədər 1000 nəfəri qeydiyyat vəsiqələri alıb. |