Azərbaycanın baytar mütəxəssisləri və yerli alimlər brusellyoz əleyhinə yeni bioloji aktiv maddə yaradıblar.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) məlumat yayıb.
Məlumatda deyilir ki, bu bioloji maddənin alınması üçün yerli mütəxəssislər 4 ildən artıq ciddi araşdırma aparıblar.
Bu maddənin bakterisid təsirə malik olmasını öyrənmək üçün isə Respublika Baytarlıq Laboratoriyasının bakteriologiya şöbəsində «Brusellyozun törədicisinə qarşı orqanizmdən kənarda (in vitro) həssaslığı» öyrənilib, onun bakterisid təsirə malik olması sübut edilib.
Artıq bioloji aktiv maddəyə 2008-ci ildə patent də alınıb. Bundan sonra DBX-nin Elmi Şurasında həmin preparatın Azərbaycan Respublikasının rayonlarında tətbiq edilməsi üçün təklif verilib.
Məlumatda o da deyilir ki, bioloji aktiv maddə xəstə heyvana 2 gün ərzində hər gün 1 dəfə olmaqla tətbiq edildikdən 5 gün sonra həmin heyvanda tam kliniki sağalma baş verir.