Mərkəzi Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası Avropa Birliyinin Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində Azərbaycanda medianın vəziyyəti ilə bağlı hesabat hazırlayacaq.
AzadlıqRadiosuna bu haqda məlumatı Federasiyanın layihə direktoru Oliver Money Kryle məlumat verib. Kryle bildirib ki, bu layihə yerli qeyri-hökumət təşkilatı Jurnalistlərin Həmkarlar İttifaqı (JUHİ) vasitəsilə gələn ilin əvvəlindən icra olunmağa başlanacaq:
«Biz bundan sonra Azərbaycanda fəaliyyətimizi aktivləşdirəcəyik. Bilirik ki, bu ölkədə jurnalistlərin olduqca çətin vəziyyətdə işləyirlər. Onları döyürlər, həbs edirlər. Azərbaycan müstəqil mövqeyə malik mətbuat orqanı tapmaq olduqca çətindir. Bu layihə çərçivəsində biz həm də jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində seminar və treninqlər keçirəcəyik».
Hazırda Azərbaycanda bir neçə jurnalist həbsdədir. Onlar məhz peşə fəaliyyətlərinə görə həbs edildiklərini bildirirlər. Beynəlxalq hüquq müdafiə təşkilatları həbsdə olan media mənsublarının azadlığa buraxılmasını tələb edən bəyanatlar veriblər.