Almaniyada Berlin divarının dağıdılmasının 20-ci ildönümü təntənəylə qeyd olunur.
Almaniyanın kansleri Angela Merkel dünya liderlərini Brandenburq qapılarında qarşılayıb. Bura Almaniyanın bölünməsinin rəmzi sayılıb.
Mərasimdə SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov, Polşada o vaxtkı Solidarnost hərəkatının lideri Lex Valensa, ABŞ-ın dövlət katibi Hillari Klinton, Britaniyanın baş naziri Qordon Braun, Fransa prezidenti Nikola Sarkozi və Rusiya prezidenti Dmitri Medvedyev iştirak edir.
1989-cu il noyabrın 9-u gecəsi bir neçə həftə davam edən mitinqlərdən sonra Şərqi Almaniyanın kommunist hakimiyyəti Qərbi Berlinlə Şərqi Berlini bir-birindən ayıran sərhəd qapılarının açmalı olmuşdu.