Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:19

Dövlət Reyestri Xidmətində ölüm hadisəsi olub


Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binasında ölüm hadisəsi baş verib.

Bu barədə «APA»ya Nərimanov rayon Prokurorluğundan məlumat verilib.

Hadisə ötən gün qeydə alınıb. Xidmətin inzibati binasında təmir işləri aparan Gürcüstan vətəndaşı, 56 yaşlı Şükür Süleymanov ikinci mərtəbədən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG