Azərbaycan rəsmilərini rüşvətlə ələ almaq planına görə iyul ayında cinayət məsuliyyətinə cəlb olunmuş Dooney & Bourke şirkətinin həmtəsisçisi Frederik Burk çərşənbə axşamı bir il bir gün müddətinə azadlıqdan məhrum edilib.
ABŞ-ın Manhetten məhkəməsinin hakimi Şira Şeyndlin 63 yaşlı Burku həm də 1 milyon dollar məbləğində cərimə edib. Bundan əlavə, Burk həbs cəzasını bitirdikdən sonra üç illik şərti cəza çəkməli olacaq.