Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:20

Türkiyə parlamentində «kürd məsələsi» iqtidarla müxalifəti üz-üzə gətirdi…


Türkiyə parlamentinin iclası, 13ç noyabr 2009
Türkiyə parlamentinin iclası, 13ç noyabr 2009
Daxili işlər naziri Bəşir Atalay parlamentə Ərdoğan hökumətinin «Demokratiya və qardaşlıq layihəsi» haqda məlumat verib. Sonra kürsüyə çıxan kürd təmayüllü Demokratik Toplum Partiyasının sədri Əhməd Türk ölkənin unitar strukturu içində kürdlərin haqlarının konstitusiya ilə təminat altına alınmasını tələb edib.

Partiyasının parlament qrupu adından çıxış edən müxalifətdəki Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Baxçalı isə deyib ki, «kürd layihəsi» ölkədən kənarda hazırlanıb. O, Ərdoğan hökumətini «terror təşkilatı ilə danışıqlar apararaq Türkiyəni parçalanmağa doğru aparmaqda» günahlandırıb.

Baxçalı «kürd məsələsi»nin həlli üçün əsas 2 şərti vacib sayır: terrorçuların silahlarını buraxıb dövlətə təslim olmalarını və bölgənin iqtisadiyyatının gücləndirilməsini.

Parlamentdəki müzakirədə çıxış edən ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal da həmin layihənin Türkiyəni bölünməyə apardığını iddia edib.

D.Baykal iqtisadi cəhətdən zərər də olsa, hökuməti ölkənin cənubi-şərq bölgəsinə təcili investisiya qoymağa çağırıb.

Baykal baş nazir Ərdoğana «Sənin bircə dəfə ürəkdən «Türk milləti» deməyini gözləyirəm», - deyə müraciət edib.

Müxalifətin tənqidlərinə hökumət adından cavab verən Baş nazir Rəcəb Tayyip Ərdoğan CHP və MHP-ni ölkə problemlərindən xəbərsiz olmaqda günahlandırıb. Ərdoğan Türkiyənin 81 vilayətini dolaşaraq «Demokratiya və qardaşlıq layihəsi»ni xalqa izah edəcəklərini deyib. Onun ana müxalifət partiyasını nəzərdə tutaraq «Çığırmaq üçün şəhidlərin sayının artmasını gözləyirlər» sözünə etiraz edən CHP millət vəkilləri iclası tərk ediblər…
XS
SM
MD
LG