Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:08

Əli Həsənov deyir ki, beynəlxalq təşkilatlar qərəzlidir


Bloggerlər Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı beynəlxalq tənqidə reaksiya verən Prezident Aparatının şöbə müdiri Əli Həsənov deyib ki, beynəlxalq təşkilatlar qərəzlidir.

“Azərbaycanda məhkəmə sistemi müstəqildir və icra hakimiyyəti onun qərarlarına təsir göstərə bilməz. Azərbaycan Avropa hüquqi məkanında yerləşir və məhkəmənin qərarından narazı olanlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər”, deyə Əli Həsənov jurnalistlərin sualına cavabında deyib.

“Azərbaycan qanunları hamıya qarşı eyni cür tətbiq edilir və Qərbə yaxın olanlar və digərləri arasında heç bir fərq qoyulmur. Bəlkə də, Qərb üçün onlar həm blogger, həm ziyalıdırlar, amma qanun onlara da şamil edilir”, deyə Həsənov bildirib.

Ölkədə söz azadlığının vəziyyətini qiymətləndirən Həsənov “Azərbaycanda söz azadlığının Almaniya və Fransa kimi ölkələrdən heç də az olmadığını” da deyib.

Bloggerlər Emin Milli və Adnan Hacızadə noyabrın 11-də xuliqanlıq ittihamı ilə 2,5 və 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Yerli və beynəlxalq hüquq müdafiəçiləri bloggerlərin hökuməti tənqid etdiklərinə görə həbs olunduqlarını bildirirlər.

XS
SM
MD
LG