Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:22

İran beynəlxalq öhdəliklərini tam yerinə yetirmir


Birləşmiş Ştatlar bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin dünən yaydığı yeni hesabat İranın özünün nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərini tam yerinə yetirmədiyini göstərir.

Hesabatda qeyd edilir ki, İranın nüvənin zənginləşdirilməsi ilə məşğul olan ikinci zavodunun olmasını gec etiraf etməsi, onun bu cür başqa zavodlarının da olması haqqında şübhələr yaradır.

Rəsmi Tehran Qum şəhərindəki zavodun 2007-ci ildə tikildiyini bildirsə də, BMT-nin müfəttişləri bu layihənin 2002-ci ildən başladığını müəyyənləşdiriblər. Dövlət Departamentinin sözçüsü Yan Kelli ABŞ-ın Tehrana təzyiqlərini davam etdirəcəyini deyib.

XS
SM
MD
LG