Şeytan və mələklərin başçılıq etdiyi yürüş
Noyabrın 17-də Praqada Məxməri inqilabın 20-ci ildönümünə həsr olunan yürüş keçirilib. Karnaval stilində keçən yürüşün əsas personajları 2 mələk və şeytan idilər. Sonuncu kommunzimi təmsil edirdi. Onların ardınca böyük acar modeli aparılırdı. Bu səhələşdirilmiş yürüş iştirakçılarının demək olar ki, hamısında acar nişanları var idi. Açar - məxməri inqilabın əsas simvolu idi və mənası isə yeni açılan qapılar deməkdi. Yürüş iştirakçılarının yolu 20 il əvvəl Praqda hadisələrin əsasən cərəyan etdiyi küçə və meydanlardan keçirdi.