Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:27

«Nazir demir ki, mən hansı qanunu pozmuşam»


«Cənab nazir mənim peşə fəaliyyətimdən narazıdır»
«Cənab nazir mənim peşə fəaliyyətimdən narazıdır»
«Daxili işlər naziri Ramil Usubovun mənə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilsə də, indiyə qədər naziri və DİN-i hansı ağır cinayətdə ittiham etdiyimi bilmirəm». Bunu AzadlıqRadiosuna «Femida 007» qəzetinin baş redaktoru, hüquqşünas Əyyub Kərimov deyib.

Onun sözlərinə görə, Daxili İşlər Naziri Ramil Usubov məhkəməyə xüsusi ittiham qaydasında müraciət edərək Əyyub Kərimovun müsahibələrində daxili işlər orqanlarının şərəfinə toxunduğunu iddia edir:

«İddia ərizəsində 2008-ci il oktyabrın 3-də «Azadlıq» qəzetində çap olunan müsahibəmdə polis orqanlarını xüsusi ağır cinayətlərdə ittiham etdiyim iddia olunur. Sonradan bu müsahibə «Femida 007» qəzetində də çap olunub. Ancaq nə həmin, nə də başqa müsahibələrimdə nə naziri, nə də daxili işlər orqanlarını təhqir etməmişəm. Əlimdə olan bir neçə fakta əsasən yalnız tənqidi fikirlərimi səsləndirmişəm».

Əyyub Kərimov deyir ki, bu açıq-aşkar onun peşə fəaliyyətinə – redaktorluğuna edilən təzyiqdir:

«Cənab nazir mənim peşə fəaliyyətimdən narazıdır. Bu, ölkədə söz azadlığına qarşı təzyiq kimi dəyərləndirilməlidir. Nazir məhkəməyə müraciət edib ancaq dəqiq göstərməyib ki, mən hansı qanunu pozmuşam. Məsələnin qərəzli olduğu göz qabağındadır».

Əyyub Kərimov noyabrın 26-sı saat 11.30-da Yasamal Rayon Məhkəməsində başlayacaq prosesdə sonadək mövqeyini müdafiə edəcəyini deyir.
XS
SM
MD
LG