Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:16

ARDNŞ-in vitse-prezidenti fikirlərinin təhrif olunduğunu deyir


ARDNŞ rəsmisi Azərbaycanın Nabucco layihəsindən imtina etməsi barədə fikri təkzib edib
ARDNŞ rəsmisi Azərbaycanın Nabucco layihəsindən imtina etməsi barədə fikri təkzib edib
«Əgər ölkəyə böyük gəlir gətirmək imkanı verən Qərb marşrutu yoxdursa, Azərbaycan bunu Şərqin enerji bazarına çıxmaq üzrə tabu kimi dəyərləndirmir. Başqa sözlə, Azərbaycan nə Qərb, nə də Şərq enerji bazarına çıxmaq variantlarından heç birini istisna etmir». Bu sözləri Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib. O, lenta.ru və Bloomberg agentliklərinin Azərbaycanın Nabucco layihəsindən imtina edərək öz təbii qazını Şərq bazarlarına çıxarması haqda xəbərlərini təkzib edib.

ARDNŞ-in rəsmisi deyib ki, öncəki illərdə olduğu kimi, Azərbaycan üçün təbii qazını AB ölkələrinə idxal etmək prioritet olaraq qalır: «Avropa bazarı olduqca sərfəlidir. Çünki bu bazarda qiymətlər hər hansı ölkənin paytaxtında deyil məhz bazarda müəyyən olunur».

Elşad Nəsirov onu da deyib ki, ARDNŞ öz neftinin Avropa bazarlarına daha yaxın ərazilərdə emalında iştirakda da maraqlıdır. Onun sözlərinə görə, Azərbaycanın gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilən bu proses Avropanın istənilən ölkəsində baş verə bilər.
XS
SM
MD
LG