Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 04:39

Düdənginskinin qətlindən 55 il ötür


Əbdürrəhman Fətəlibəyli-Düdənginski
Əbdürrəhman Fətəlibəyli-Düdənginski
Bu gün Azərbaycan legionunun başçısı və AzadlıqRadiosu Azərbaycan redaksiyasının ilk baş redaktoru olmuş tanınmış siyasi xadim Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin Münhendə qətlə yetirilməsinin 55-ci ili tamam olur.

SSRİ təhlükəsizlik xidmətinin (KQB) hərbi kəşfiyyatı tərəfindən gerçəkləşdirilən bu qətl o zaman bütün dünyada böyük əks-səda yaratmışdı. Ən nüfuzlu KİV-lər hadisəyə öz səhifələrində böyük yer ayırır, bu amansız qətli – «siyasi motivli qətl» adlandırırdılar.

Ən acınacaqlısı, bu qətlin Fətəlibəylinin öz həmyerlisi, həm də «dostu» tərəfindən törədilməsi idi. Sovet KQB-si qatili aradan çıxara bildi, o Azərbaycana gələ bildi və burada müəmmalı şəkildə öldürüldü.

Ə.Fətəlibəylinin ölümü xaricdə yaşayan Azərbaycan mühacirətinin üzvlərini böyük qəmə batırdı. İstanbulda, Ankarada, Almaniyada onun xatirəsini yad etmə mərasimləri keçirildi. Ə.F. Düdənginski 1954-cü il dekabrın 5-də Münhen yaxınlığındakı Nyu-Ulm məzarlığında dəfn olundu. Qəbri hələ də oradadır.

AzadlıqRadiosunun Azərbaycan redaksiyasına ondan sonra İsmayıl Əkbər başçılıq etdi. Daha ətraflı bu bazar saat 20-də efirə gedəcək «İz» proqramında.
XS
SM
MD
LG