ABŞ tezliklə Əfqanıstanla bağlı yeni strategiyasını açıqlayacaq. Bunu prezident Barak Obama deyib.
Amerikada səfərdə olan Hindistanın baş naziri Manmohan Sinqlə görüşündən sonra keçirilən mətbuat konfransında Obama deyib ki, o, 8 il davam edən müharibədən sonra Əfqanıstandakı işi başa çatdırmaq üçün bir plan hazırlamaq niyyətindədir.