AzadlıqRadiosunun suallarını Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev cavablandırır
Musa müəllim, yerli media yazır ki, həkimlərə qadağa qoyula bilər ki, onlar dölün cinsi ilə bağlı məlumatları valideynlərə deməsinlər. Bunda məqsəd gender balansını qorumaq, qız uşaqlarının abortu hallarının qarşısını almaqdır.
Bu, çox ciddi məsələdir. Mənə qalsa, hesab edirəm ki, belə bir qadağaya ehtiyac var. Çünki Azərbaycanda gender balansında ciddi dəyişiklik müşahidə olunur. Bu il ərzində doğulan bütün uşaqların 60 faizi oğlan, 40 faizi qızdır. İndiyə qədər bu nisbət 51-in 49 –a kimi idi. Adamlar qız uşaqlarını abort etdirməyə meyllidirlər. Bütün abortların 30 faizi haqda qərar dölün cinsi haqqında məlumatların əsasında verilir. Gender balansının bu şəkildə pozulması ciddi demoqrafik problemlərə gətirib çıxara bilər. Odur ki, məncə, «Əhalinin sağlamlığı haqqında» qanun layihəsinə dəyişiklik etmək, dölün cinsi haqqında məlumatların yayılmasına qadağa qoymaq lazımdır.
Belə bir dəyişiklik nə vaxta nəzərdə tutulur?
Bu, çox ciddi məsələdir. Yalnız Milli Məclis səviyyəsində müzakirə kifayət deyil. Bunun üçün hətta ölkə başçısı ilə də məsləhətləşmək lazımdır.
Bəs belə qadağanın qoyulması insan haqlarının pozulması deyilmi?
Dünyaya gələcək körpənin abortu elə insan haqlarının pozulması deməkdir. Odur ki, məncə, bu qətiyyən insan haqlarının pozulması kimi qəbul oluna bilməz. Hələlik isə həkimlərə belə bir qadağanın qoyulması ancaq reproduktiv yolla, süni mayalanma ilə yaranan dölün cinsi ilə bağlı nəzərdə tutulub. Biz hesab edirik ki, süni mayalanma bahalı prosedurdur və dölün cinsinə görə abort etdirmək düzgün deyil. Dünyanın əksər ölkələrində belə bir qadağa var. Biz bu maddəni «Reproduktiv sağlamlıq və ailə planlaşdırması» haqda qanun layihəsinə daxil etmişik.
Layihə nə vaxt müzakirəyə çıxarılacaq bəs?
Bu, Milli Məclisin rəhbərliyindən asılıdır.