Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:52

YAP pulsuz təbliğatla bağlı hələ ki, MSK-ya müraciət etməyib


Azər Sarıyev
AzadlıqRadiosunun «İşdən sonra» proqramına telefonla qoşulan MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirir ki, noyabrın 25-dən etibarən bələdiyyə seçkiləri çərçivəsində təbliğat kampaniyası başlayıb. O bildirib ki, kampaniyaya həm seçicilərlə görüşlər, həm də müəyyən edilmiş yerlərdə yazılı təbliğat materiallarının yerləşdirilməsi daxildir.

Azər Sarıyev həmçinin deyib ki, AzadlıqRadiosu da daxil olmaqla xarici hüquqi şəxslərin seçkiqabağı təbliğatda iştirak etməsinə qanun yol vermir. «Bu, Seçki Məcəlləsində birmənalı şəkildə öz əksini tapır. Ancaq yerli KİV seşkiqabağı təbliğatda iştirak edə bilərlər» – deyə A.Sarıyev əlavə edib.

Azər Sarıyevin sözlərin görə, təcrübə göstərir ki, yerli seçkilər olduğundan respublika KİV-lərinin seçkiyə marağı az olur.

Namizədlərin pulsuz ictimai efirdən istifadəsi ilə bağlı Azər Sarıyev bildirib ki, ölkə üzrə bu hüququ namizədlərin ümumi sayının yarıdan çoxunun üzvü olduğu Yeni Azərbaycan partiyası qazanıb. Çünki pulsuz efir hüququ yalnız namizədlərin ümumi sayının üçdəbirini irəli sürmüş siyasi partiyaya verilir və bu minimum baryeri yalnız YAP adlaya bilib. Lakin Sarıyevin sözlərinə görə, YAP bu hüququndan istifadə etmək üçün hələ ki, MSK-ya müraciət etməyib.

Azər Sarıyev AzadlıqRadiosuna seçkilərin işıqlandırılması ilə bağlı bir sıra iradlar da irəli sürüb.

Bu iradlarla tanış olmaq üçün Azər Sarıyevlə söhbətin səs yazısını burada dinləyə bilərsiniz.
XS
SM
MD
LG