Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:49

ATƏT nazirləri Afinada Qarabağla bağlı bəyanat verə bilər


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, ATƏT-in Mİnsk qrupunun həmsədrləri sonuncu dəfə noyabrın 22-də, Münhendə görüşmüşdülər
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, ATƏT-in Mİnsk qrupunun həmsədrləri sonuncu dəfə noyabrın 22-də, Münhendə görüşmüşdülər
Azərbaycanla Ermənistanın Xarici İşlər Nazirləri və ATƏT -in Minsk Qrupunun həmsədrləri Afinada işgüzar nahar çərçivəsində görüşüblər. Görüş ATƏT Xarici İşlər Nazirlərinin 17-ci İclası çərçivəsində baş tutub.

Həmsədrlər həmçinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb.

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov deyib ki, görüşlərdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 17-ci toplantısının Dağlıq Qarabağla bağlı bəyanatı müzakirə edilib. Görüşlər konstruktiv keçib.

ATƏT nazirləri Qarabağ münaqişəsinin tezliklə həllini istəyir

“Münaqişələrin silahlı yolla həllindən qaçmaq üçün böranların nizamlanmasında vahid prinsipin qəbul olunması vacibdir. Afinada, ATƏT XİN Şurasının 17-ci toplantısında Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib.

Onun sözlərinə görə, “Yalnız belə prinsiplər ötən ilin avqustunda Gürcüstanda üzləşdiyimiz avantüra kimi silahlı həll senarisindən qaçmağa imkan verər”.

Fransanın xarici işlər naziri Bernar Kuşner isə tərəfləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb. O deyib ki, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllinə nail olmaq üçün tutarlı əsaslar var. Bernar Kuşner hər iki ölkənin xarici işlər nazirlərini münaqişənin həlli ilə bağlı razılıq əldə etməyə və bunu kağızda əks etdirməyə çağırıb.

ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi artıq gələn il həll oluna bilər.

XS
SM
MD
LG