Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:58

Medvedev Roma papası ilə görüşəcək


Rusiya prezidenti Dmitri Medvedev dekabrın 3-də Romada İtaliyanın baş naziri Silvio Berluskoni ilə danışıqlar aparacaq.

Görüşdə iqtisadi və siyasi əməkdaşlıq məsələləri müzakirə olunacaq. 10-dan artıq dövlətlərarası müqavilənin imzalanması gözlənilir.

Bu gün Medvedevin həm də Vatikanda Roma papası 16-cı Benediktlə görüşü planlaşdırılır.

Görüşdə dinlər və mədəniyyətlər arası anlayış, humanitar əməkdaşlıq və beynəlxalq problemlərdən danışılacaq.
XS
SM
MD
LG