«Müşfiqin vəziyyəti getdikcə pisləşir. Bu gün zəng vurub deyib ki, Ədliyyə Nazirliyi rəsmisi onun haqqında yanlış xəbər yayıb, əslində o, sağalmayıb, istiliyi 38 dərəcədən aşağı düşmür».
Bunu AzadlıqRadiosuna müsahibəsində həbsdəki jurnalist Müşfiq Hüseynovun bacısı Dilbər Qasımova deyir.
«Müşfiq deyir ki, o, öz istiliyini gündə azı 10 dəfə ölçür, istiliyi düşmür. Artıq onda vərəm xəstəliyi ən axırıncı mərhələyə, dərmanlara tabe olmayan mərhələyə keçib. Biz çox narahatıq ki, Müşfiq ölə bilər».
Dilbər Qasımova deyir ki, qardaşına həbsxanada edilən müalicə əksinə, onun vəziyyətini pisləşdirir, buna görə də yenidən diaqnoz qoyulub müalicə yazılmalıdır.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rafael Mehdiyev dekabrın 2-də «Turan» agentliyinə müsahibəsində bildirib ki, Müşfiq Hüseynovun səhhətinin pisləşməsi ilə bağlı narahatlıq üçün heç bir əsas yoxdur.
Müşfiq Hüseynovun iki azyaşlı uşağı var.
O, 2007-ci ilin iyulunda zorla pul tələb etməkdə ittiham olunaraq həbs edilib, beş il müddətinə azadlıqdan məhrum edilib.