Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:00

«Mənim adımı «KQB» ilə yox, Heydər Əliyevlə bağlayıblar»


Nemət Pənahlı
Nemət Pənahlı
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bu gündən fəal siyasətə qatıldığını bəyan edib. O, AzadlıqRadiosunun «İşdən Sonra» proqramında haqqında səslənən bir sıra fikirlərə aydınlıq gətirib:

«Mənim adımı «KQB» ilə yox, Heydər Əliyevlə bağlayıblar. Yəni mən guya Heydər Əliyevin adamı olmuşam. Onun tərəfindən idarə edilmişəm. Bu nöqteyi-nəzərdən mənim əleyhimə təbliğat aparılıb. Amma heç vaxt deməyiblər ki, Nemət Pənahov «KQB» ilə bağlı olub. Haqqımda şübhələr yaradıblar ki, guya mən 1988-ci ildə Heydə Əliyevin göstərişi ilə bu hərəkəti eləmişəm. Bunlar hamısı cəfəngiyatdır, mənasız fikirlərdir. Və məni yeddi arxa dönənimdə bir nəfər də kommunist partiyasının üzvü olmayıb. Məni 1990-ı ilə qədər Heydər Əliyevlə heç bir əlaqəm, görüşüm, münasibətim olmayıb. 1990-cı ildə Heydər Əliyev Moskvadan qayıtdı. Mən də Türkiyədən mühacirətdən qayıtdım. Və ondan sonra Heydər Əliyev bir neçə dəfə adam göndərərək mənimlə görüşmək istədiyini bildirib. Ondan sonra görüşümüz olub».

O, 1993-cü ilin Gəncə hadisələrinə də toxunub: «Bu gün Heydər Əliyevi mədh edənlərin biri də demir ki, bu hakimiyyətin formalaşmasında Nemət Pənahovun da rolu, haqqı olubdu. Çünki Gəncədə Heydər Əliyevin həyatına təhlükə var idi o vaxt.

Ancaq əks tərəf tənqid edəndə deyir Heydər Əliyevi hakimiyyətə Nemət Pənahov gətirib. Halbuki biri də demir ki, Heydər Əliyevin dalınca təyyarəni Əbülfəz Elçibəy göndərib.
Xalq Cəbhəsinin əleyhdarları də məni ittiham edirlər ki, cəbhəni hakimiyyətə bu gətirdi. Yəni məni həmçinin Əbülfəz bəyin hakimiyyətə gəlməsində günahlandırırlar».

Nemət Pənahlı iddia edir ki, hazırda İranda inqilabi situasiya yaranıb:

«Hazırda Cənubi Azərbaycanda yeni bir dirçəliş var. İnqilabi situasiya yaranıb. Artıq İranda bunun qarşısını heç kim ala bilməyəcək. Ona görə də bu gün həm Azərbaycanın şimaldakı problemləri həll etmək, həm də Azərbaycanın bütövlüyünü təmin etmək üçün ümummilli bir hərəkata ehtiyac var. Mən artıq Vahid Azərbaycan Uğrunda Milli Birlik Hərəkatının yaranmasının nizamnaməsini və məramnaməsini hazırlamışam».
XS
SM
MD
LG