Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:29

Toni Blerin Bakıda sözünün qiyməti neçəyədir?


Toni Bler Bakıda
Toni Bler Bakıda
Britaniyanın sabiq baş naziri Toni Blerin Bakı səfəri hələ də İngiltərə mətbuatında müzakirə olunur.

Bakıda 20 dəqiqəlik çıxışına görə Blerə 90 min funt-sterlinq qonorar verildiyini yazan məqalə müəllifi hesablayıb ki, sabiq baş nazirin nitqinin bir saniyəsinin qiyməti 75 funt-sterlinqdir.

Bunu şərh edən Britaniya parlamentinin üzvü Norman Baker deyib: «Bəlkə elə bəri başdan onun boynuna nırx qoyub, «satılır» lövhəsi asaq?».

Norman Baker hesab edir ki, bu səfərlə Toni Bler onun ölkəsinin adını batırır.

Jurnalist sabiq baş nazirin öz çıxışında oğlunun adını çəkməsinə də diqqət yetirir. Müəllif yazır ki, baş nazir olarkən onun vəkilləri dəfələrlə jurnalistlərə xəbərdarlıq məktubu göndərirdi ki, onun uşaqlarının adını hallandırmaq yolverilməzdir. İndi isə bunun əksinə hərəkət edir.

Sitat

Məqalədə Toni Blerin Bakıdakı nitqindən bir hissə də dərc edilib. Həmin hissədə deyilir:


«İndicə Azərbaycan prezidenti ilə çox maraqlı görüşüm oldu, o mənə Azərbaycanın olduqca xoş gələcəyi haqda real planlardan danışdı. Sözün düzü, indiyə qədər fikir vermirdim, amma formadehiddən (metanol) yaranan məhsulların siyahısına baxanda gördüm ki, baş nazir kimi mənim həyatımın böyük bir hissəsi bu məhsullardan istifadə etməklə keçib. İndi mən 9 yaşlı oğluma deyəcəyəm ki, başqa fənnləri öyrənməsə də olar, elə metanol haqqında biliklərlə çox uzağa gedə biləcək».

XS
SM
MD
LG