Bu gün Bağdadda şəhərin mərkəzində və kənarında bir neçə partlayış olub. Polisin verdiyi məlumata görə, azı 62 adam həlak olub, 100-dən artıq adam yaralanıb. Partlayışlardan üçü avtomaşınlar, ikisi intiharçılar vasitəsiylə törədilib.
Bağdadda bu cür irimiqyaslı partlayış sonuncu dəfə oktyabrın 25-də olmuşdu. Həmin vaxt 155 nəfər ölmüşdü.
Fevralda İraqda seçkilər keçiriləcək. Partlayışların seçkilərlə əlaqəli olduğu bildirilir.