Permdə yanğında ölənlərin sayı 131-ə çatıb. Hazırda xəstəxanalarda yüzdən artıq adam qalır.
Dekabrın 5-də Permdə «Xromaya loşad» gecə klubunda yanğın olub.
Yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə cinayət işi başlanıb, 4 nəfər həbs olunub.
Bu arada Perm diyarının rəhbərliyi və Perm meri istefaya getdiyini açıqlayıb.