Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:08

İranda vəziyyət 20 il əvvəl olduğu kimi pisdir


İranda insan haqları sahəsində vəziyyət 20 il əvvəl olduğu kimi pisdir. Amnesty International insan haqları qrupunun yeni hesabatında belə deyilir.

Mərkəzi Londonda yerləşən təşkilat - iyun ayında keçirilən prezident seçkilərindən əvvəl, seçkilər vaxtı və sonra insan haqlarının pozulduğunu qeyd edir.

Amnesty International İran hökumətini seçkilərdən sonra aksiyalarda tutulanlara qarşı işgəncə faktlarını, qətllər və digər qanunsuz hərəkətləri araşdırmağa çağırır.

İranda mübahisəli iyun seçkilərindən sonra minlərlə adam həbs olunub, onlarla adam ölüb.

Müxalifət prezident Mahmud Əhmədinejatın səslərin kütləvi saxtalaşdırılması yolu ilə seçildiyini iddia edir.
XS
SM
MD
LG